Millət vəkili: Güzəştli ipoteka təkcə dövlət quluqçularına şamil edilməməlidir


Digərləri 14 Noy 2018 12:46:00 257 0

Millət vəkili: Güzəştli ipoteka təkcə dövlət quluqçularına şamil edilməməlidir

Güzəştli ipoteka təkcə dövlət quluqçularına deyil, həm də müəllimlərə, həkimlərə, mədəniyyət və incəsənət xadimlərinə, yaradıcılıqla məşğul olan şəxslərə şamil edilməlidir.

Bakı. Elçin Mehdiyev - Güzəştli ipoteka təkcə dövlət quluqçularına deyil, həm də müəllimlərə, həkimlərə, mədəniyyət və incəsənət xadimlərinə, yaradıcılıqla məşğul olan şəxslərə şamil edilməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Jalə Əliyeva parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat qeyd edib ki, internat məktəblərində böyüyən gənclərin ev və işlə təmin olunması, ailə münaqişəsi nəticəsində küçələrdə qalan uşaq və qadınlar üçün sığınacaqların tikilməsi, icbari tibbi sığorta üçün əlavə vəsaitin ayrılması məqsədəuyğundur: