Rafael Hüseynov: 1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil


Digərləri 14 Noy 2018 12:48:00 253 0

Rafael Hüseynov: 1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil

Azərbaycan cəmiyyətində asayişi təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir.

Bakı. Elçin Mehdiyev – Azərbaycan cəmiyyətində asayişi təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir. Əgər biz insanların asudə yaşamasını istəyiriksə, mədəniyyətli olmalıyıq. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən iclasında deyib. Deputat qeyd edib: “Mədəniyyətə diqqət artırılmalı və büdcədən bu sahəyə ayrılan vəsait artırılmalıdır. Dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir”.