BANMın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub


Digərləri 14 Noy 2018 12:39:00 284 0

BANMın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri - "Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan V kurs tələbələri Aleksandr Oborovskiy və Elmar Əsgərzadə "Cleantech" (təmiz texnologiya) startup akselerasiya proqramı olan "ClimateLaunchpad" biznes yarışmasında Azərbaycanı və Bakı Ali Neft Məktəbini təmsil ediblər.

Son.az bildirir ki, Böyük Britaniyanın Edinburq şəhərində keçirilən yarışmada tələbələr "ThermoNorth" startap layihəsi ilə 1.5 illik elmi tədqiqat mövzuları ilə çıxış ediblər. Dünyanın 45 ölkəsindən 135-dən çox layihənin təmsil olunduğu yarışmada tələbələrimizin layihəsi böyük marağa səbəb olub.

Belə ki, təqdimatdan dərhal sonra müxtəlif sahələrdən olan ekspertlər müraciət edərək layihə haqqında daha geniş məlumat xahiş edib, xüsusilə layihənin elmi tədqiqat hissəsi ilə daha yaxından maraqlanıblar.