Deputat: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini verəcək


Digərləri 14 Noy 2018 12:28:55 250 0

Deputat: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini verəcək

Sosial sferanın əsasını təşkil edən səhiyyə sistemində maliyyənin effektiv qurulması üçün bir çox dövlət qurumlarının sıx əməkdaşlığı çox vacibdir.

Bakı. Elçin Mehdiyev - Səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, maliyyə resurslarının, xərclərin düzgün istifadəsi əhalinin sağlamlığının qorunmasında, kəmiyyət və keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Sosial sferanın əsasını təşkil edən səhiyyə sistemində maliyyənin effektiv qurulması üçün bir çox dövlət qurumlarının sıx əməkdaşlığı çox vacibdir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu, xidmətlərin alıcısı kimi İcbari Tibbi Sığorta Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və vergi orqanlarının birgə fəaliyyəti dövlətin səhiyyə siyasətinin inkişafında mühüm rol oynayır.