Baş məşqçi: Azərbaycan idmançıları Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokuna yaxşı hazırlaşıb


Digərləri 14 Noy 2018 12:08:57 215 0

Baş məşqçi: Azərbaycan idmançıları Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokuna yaxşı hazırlaşıb

Azərbaycan idmançıları Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokuna yaxşı hazırlaşıb

Bakı. Cani Babayeva - Azərbaycan idmançıları Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokuna yaxşı hazırlaşıb. Bunu Trend-ə akrobatika gimnastikası üzrə milli komandanın baş məşqçisi İradə Qurbanova deyib. O bildirib ki, Azərbaycan milli komandası 6 nəfərdən – 4 kişi, iki qadın gimnastdan ibarət olacaq: “Komanda 3 cütlükdən – 2 qarışıq, 1 kişilərdən ibarət cütlükdən ibarətdir. Hesab edirəm ki, gimnastlarımız turnirə 98 faiz hazırdır, 2 faiz isə gözlənilməz variantlar ola bilər. Bizim üçün bu, yeni proqramdır, biz bu proqramı yalnız bu il işləməyə başlamışıq. Hesab edirəm ki, biz bunun öhdəsindən gələcəyik. Biz kürsüdə yer almağı planlaşdırırıq”. Baş məşqçi qeyd edib ki, Azərbaycan gimnastlarının əsas rəqibləri Belarus, Rusiya və Qazaxıstan idmançıları olacaq. İ.Qurbanova əlavə edib ki, Azərbaycanda idmanın inkişafına böyük diqqət ayrılır: