Sabah sonuncu gündür! Pərdə və jalüz dövrü bitir


Digərləri 14 Noy 2018 11:39:00 249 0

Sabah sonuncu gündür! Pərdə və jalüz dövrü bitir

Noyabrın 16-da avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır.

Bakı. Ceyhun Ələkbərov - Noyabrın 16-da avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır. Trend-in məlumatına görə, "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir.