"Veysəloğlu" rəhbərliyi şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirdi (FOTO)


Digərləri 14 Noy 2018 11:29:00 303 0

"Veysəloğlu" rəhbərliyi şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirdi (FOTO)

Şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına aylıq təqaüd müəyyən edib

Bakı. Bu gün “Veysəloğlu Akademiya”da Şirkətlər Qrupunun əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək balla qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib. Şirkətlər Qrupundan Trend-ə verilən məlumata görə, görüşdə şirkət rəhbərliyi yüksək bal toplayıb ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nailiyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı vətəndaş olmağı arzulayıb.