Yük maşını kişini vurub öldürdü
Digərləri 14 Noy 2018 11:17:00 283 0
Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib
.
Son.az report-a istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan ağır tonnajlı yük avtomobili yolu keçmək istəyən hələlik kimliyi məlum olmayan orta yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırna aparılır.
Mənbə: milli.az