Azərbaycanda ali məktəblərə orta ixtisas təhsili vermək hüququ verilib


Digərləri 14 Noy 2018 11:14:00 266 0

Azərbaycanda ali məktəblərə orta ixtisas təhsili vermək hüququ verilib

Azərbaycanda ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququ verilib.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququ verilib. Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliklər edib. Nizamnamənin indiyədək mövcud olan variantına əsasən, ali təhsil müəssisəsi müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir. Nizamnaməyə edilən yeni dəyişikliklərə əsasən isə ali təhsil müəssisəsi “Təhsil haqqında” qanuna uyğun olaraq ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir.