Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı XİN-dən açıqlama


Digərləri 14 Noy 2018 11:18:00 221 0

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı XİN-dən açıqlama

Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda yayılan məlumat münasibət açıqlayıb.

Bakı. Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda yayılan məlumat münasibət açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva Trend-ə bildirib ki, rəsmi Bakı Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib: "ATƏT-in Minsk Qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar. Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin