Muxtar Babayev: Şübhə etmirik ki, yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq


Digərləri 14 Noy 2018 10:52:00 223 0

Muxtar Babayev: Şübhə etmirik ki, yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq

Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

Bakı. İlhamə İsabalayeva - Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında keçirilən “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin açılışında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkəmizdə ətraf mühit mövzusuna həsr olunmuş sərgilərin keçirilməsi artıq ənənəyə çevrilib, bu sərgilər beynəlxalq şirkətlərin maraq dairəsinə daxil olub: "Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək, perspektivli əməkdaşlıq əlaqələri qurmaq və təcrübə mübadiləsi aparmaqdır. Ekologiya mövzusuna həsr olunmuş sərgilərin keçirilməsi ətraf mühitə dost texnologiyaların nümayiş etdirilməsi ilə yanaşı, əhalinin ekoloji maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".