Modriç: “Komandam ardıcıl 4-cü dəfə ÇL-nın qalibi ola bilər”


İdman 14 Noy 2018 10:42:00 251 0

Modriç: “Komandam ardıcıl 4-cü dəfə ÇL-nın qalibi ola bilər”

Real-ın yarımmüdafiəçisi Luka Modriç komandasının bu mövsüm uğursuz startına aydınlıq gətirib.

Goal.az xəbər verir ki, xorvat Çempionlar Liqasının qalibi ola biləcəklərini də deyib.

“Mövsümə yaxı başlamadıq. Vəziyyəti dəyişməyə çalışırıq. Əsas məsələ mövsümü uğurlu sonluqla başa vurmaqdır. Komandanın hər il üzləşdiyi maneəni aradan qaldırmaq vacibdir. Mükafatlar qazanmaq istəyirik. Əminəm ki, yeni baş məşqçi ilə arzularımıza çata biləcəyik. Futbolda mümkün olmayan heç nə yoxdur. Xüsusilə Real kimi bir klub üçün. Komandam ardıcıl 4-cü dəfə ÇL-nin qalibi ola bilər. Niyə də olmasın? Əvvəlki 3 mövsümdə biz “kral klubu”nun nəyə qadir olduğunu göstərdik. Heç kim inanmırdı. Amma sübut etdik ki, ən yüksək mükafatlar əlçatmaz deyil”, - yarımmüdafiəçi deyib.

Modriç 2012-ci ildə 30 milyon qarşılığında Tottenham-dan transfer olunub. Bu mövsüm Real-ın heyətində 16 oyun keçirib.