“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında ətraf mühit sərgisi keçirilir


Digərləri 14 Noy 2018 10:45:38 205 0

“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında ətraf mühit sərgisi keçirilir

“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi öz işinə başlayıb.

Bakı. İlhamə İsabalayeva - “Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi öz işinə başlayıb. Trend-in məlumatına görə, sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA kampaniyasının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir. Azərbaycan da daxil olmaqla, sərgidə Almaniya, Böyük Britaniya, Finlandiya, İtaliya, Rusiya, Türkiyə, Ukrayna ölkələrinin 43 şirkəti iştirak edir. 2010-cu ildən mütəmadi olaraq keçirilən sərginin əhatə dairəsi bu il daha genişdir. Nümayiş olunacaq yeni texnologiyalar ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib. Sərgidə plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunur.