Real baş məşqçinin adını açıqladı


İdman 14 Noy 2018 10:02:00 285 0

Real baş məşqçinin adını açıqladı

Madrid klubu baş məşqçi postunu Santyaqo Solariyə həvalə edib.

Goal.az xəbər verir ki, argentinalı mütəxəssislə rəsmi müqavilə bağlanıb. Solari istefaya göndərilən Xulen Lopeteqini əvəzləyib. Yeni baş məşqçi 2021-ci ilədək Real-ı çalışdıracaq.

Qeyd edək ki, Lopeteqinin istefasından sonra Madrid klubu müvəqqəti olaraq Solariyə tapşırılmışdı. Onun rəhbərliyi altında komanda ardıcıl dörd oyunda qalib gəlib.