Azərbaycanda əcnəbilərin yaratdığı məktəblər də 5 ildən bir akkreditasiyadan keçəcəklər


Digərləri 14 Noy 2018 10:08:02 244 0

Azərbaycanda əcnəbilərin yaratdığı məktəblər də 5 ildən bir akkreditasiyadan keçəcəklər

Nazirlər Kabineti "Təhsil müəssisələrinin akkreditasiyası qaydaları"na dəyişikliklər edib.

Bakı. İlhamə İsabalayeva – Nazirlər Kabineti "Təhsil müəssisələrinin akkreditasiyası qaydaları"na dəyişikliklər edib. Trend-in məlumatına görə, bu qaydaların indiyədək mövcud olan variantına əsasən, təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilib. Yeni qaydalarda isə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə bağlı olan istsna hal aradan qaldırılıb. Bundan sonra bütün təhsil müəssisələrinin akkreditasiyası hər 5 ildə bir dəfə həyata keçiriləcək.