ABŞ Səudiyyəni yeni sanksiyalarla hədələdi


Dünya 14 Noy 2018 09:28:00 275 0

ABŞ Səudiyyəni yeni sanksiyalarla hədələdi

Birləşmiş Ştatlar jurnalist Camal Qaşıqçının qətlinə cavab olaraq bir sıra Səudiyyə məmurlarının vizalarının geri alınması ilə kifayətlənməyəcək və əlavə tədbirlər görəcək.

Son.az report-a istinadən bildirir ki, bunu jurnalistlər üçün keçirilən gündəlik brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.

"Biz sanksiyalar barədə əvvəlcədən xəbər vermirik, lakin görəcəyimiz tədbirlər Səudiyyə Ərəbistanından olan bir sıra yüksəkçinli məmurun vizalarının geri alınması və ABŞ-a girişlərinin qadağan olunması ilə bitməyəcək", - o bildirib.