ABŞ Çini total soyuq müharibə ilə təhdid etdi


Dünya 14 Noy 2018 09:14:00 247 0

ABŞ Çini total soyuq müharibə ilə təhdid etdi

Əgər Çin öz davranışlarını dəyişməsə, onu ABŞ və tərəfdaşları ilə total soyuq müharibə gözləyir.

Son.az report-a istinadən bildirir ki, bunu "Washington Post" qəzetinə müsahibəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

O bildirib ki, Çinin "ən yaxşı (əgər sonuncu deyilsə) şans"ı ABŞ ilə soyuq müharibə ssenarisindən qaçmaqdır - bu, onun iqtisadi, hərbi və siyasi fəaliyyətində böyük dəyişikliklərə" gətirib çıxaracaq.

"Düşünürəm ki, bunun böyük hissəsi Argentinadakı görüşdən asılı olacaq", - deyə Pens ABŞ prezidenti Donald Trampın Buenos-Ayresdə Çin sədri Si Szinpinlə planlaşdırılan görüşünü nəzərdə tutaraq bildirib.