Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq


Digərləri 14 Noy 2018 08:55:00 283 0

Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq

“Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilib.

Bakı. “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilib. Trend-in məlumatına görə, müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən, məktəbəqədər təhsil müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur. Həmçinin sanator tipli məktəbəqədər təhsil müəssisələri, eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri yaradılacaq. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçası - 1 yaşdan 7 yaşadək, uşaq bağçası - 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə uşaqlar sağlamlıq imkanlarının məhdudluğuna və yaş səviyyəsinə uyğun qruplara qəbul olunacaqlar. Sanator tipli məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçasına 1 yaşdan 7 yaşadək, uşaq bağçasına 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.