İspaniyanın ən gözəl məbədi


Digərləri 14 Noy 2018 08:40:00 273 0

İspaniyanın ən gözəl məbədi

İspaniyanın ən gözəl məbədinin seçilməsi ilə bağlı keçirilən müsabiqədə 15 mindən çox insanın rəyi öyrənilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "La Cámara del Arte" layihəsi çərçivəsində maarifləndirmə məqsədilə təşkil edilən müsabiqənin gedişində Sevilya baş kilsəsi Santyaqo-de-Kompostela kafedral kilsəsini üstələyə bilib.

Bir ay davam edən səsvermədə iştirakçılar İspaniyanın 102 məbədi arasında seçim aparıblar, nəticədə Sevilyanın "Magna Hispalensis" kilsəsi bu fəxri titula layiq görülüb. Sevilyanın bu daş möcüzəsini həm "Twitter", həm də "Instagram"da səs verənlərin 70 faizi bəyənib.