Nazirlik: Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir


Digərləri 14 Noy 2018 07:45:00 222 0

Nazirlik: Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Xəzər dənizində qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericlikdə dəyişikliklərin edilməsi lazımdır.

Bakı. İlhamə İsabalayeva - Xəzər dənizində qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi lazımdır. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib. M.Axundov bildirib ki, dənizdə qəfəslərin quraşdırılması üçün hüquqi baza kifayət qədər təkmil deyil. İnstitut direktorunun sözlərinə görə, hazırda qanunvericilikdəki boşluqlar qəfəs tipli balıq təsərrüfatları yaratmağa imkan vermir. Dənizdə qəfəslərin qurulması üçün dövlət qurumlarından icazə alınmalıdır: “Amma başqa ölkələrdə sahilyanı dəniz akvatoriyalarından istifadə ilə bağlı qanunlar olur. Akvakulturanın inkişaf proqramına biz bu məsələni daxil edəcəyik və qanunvericilikdəki o boşluqları götürəcəyik. Çünki başa düşürük ki, Azərbaycanda akvakulturanın inkişafı daha çox marikultura, yəni dəniz vasitəsilə olacaq. Dənizdə qəfəslərin yaradılması üçün ilk növbədə hüquqi baza olmalıdır”.