Bilik Fondu Brayl üsulu ilə hekayələr kitabı nəşr etdirdi (FOTO)


Digərləri 14 Noy 2018 05:09:00 272 0

Bilik Fondu Brayl üsulu ilə hekayələr kitabı nəşr etdirdi (FOTO)

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində tədbir keçirilib.

Bakı. Bilik Fondunun təşkilatçılığı ilə 13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibəti ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində tədbir keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, tədbirdə Fondun əməkdaşları Xatirə Hüseynova, Ramilə Qurbanlı, Abbas Əliyev, uşaq yazarları Reyhan Yusifqızı, Sevinc Elsevər, “Brayl Nəşrləri” İnformasiya Resurs Mərkəzinin rəhbəri Mais Muradov iştirak ediblər. İnternatın direktoru İradə Vəzirova qonaqları salamlayaraq, sağlamlıq imkanları məhdud gənclərin xüsusi istedadlarından və onlara dövlət tərəfindən göstərilən qayğı və diqqətdən danışıb. Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova təmsil etdiyi qurumun maarifləndirici layihələrindən söz açıb, gənclərə və yeniyetmələrə yaradılan şəraitdən bəhs edib. Sektor müdiri Fondun dəstəyi ilə internatda təhsil alan uşaqlar üçün Brayl üsulu ilə nəşr olunmuş hekayələr kitabını təqdim edib. Kitabda uşaq yazarları Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Ayğün Bünyadzadə, Mina Rəşid, Sevinc Elsever və Mehriban Nağıyevanın bir-birindən maraqlı kiçik hekayələri toplanıb. Kitaba ARB Aran Yaradıcılıq Mərkəzinin hazırladığı audio disk də əlavə olunub. Hekayələri yazarlar özləri səsləndiriblər.