Dünya irsində Meksika (FOTO, VİDEO)


Digərləri 14 Noy 2018 04:26:16 245 0

Dünya irsində Meksika (FOTO, VİDEO)

Meksikanın Azərbaycandakı səfirliyi "Art Council Azerbaijan"la əməkdaşlıq əsasında Fantaziya festivalı çərçivəsində baş tutan sərginin açılış mərasimini keçirib.

Bakı. Meksikanın Azərbaycandakı səfirliyi "Art Council Azerbaijan"la əməkdaşlıq əsasında Fantaziya festivalı çərçivəsində baş tutan sərginin açılış mərasimini keçirib. Trend-in məlumatına görə, İçərişəhər, Art Tower-də yer alan bu sərgi noyabrın 10-na qədər ziyarətçilər üçün açıq olacaq. Bu sərgidə meksikalı fotoqraf Adalberto Rios Szalayın “Meksika məkanları – Bəşəriyyətin İrsi” adlı sərgisinə aid 19 fotoşəkil təqdim olunur və onlar Meksikanın YUNESKO tərəfindən Dünya İrsi kimi adlandırılan məkanları nümayiş etdirir.