Həzrət Peyğəmbər təbii ölümlə dünyasını dəyişib, yoxsa şəhadətlə?


Digərləri 13 Noy 2018 23:55:00 295 0

Həzrət Peyğəmbər təbii ölümlə dünyasını dəyişib, yoxsa şəhadətlə?

Həzrət Peyğəmbər (s) həyatı boyu çox sayda sui-qəsdə məruz qoyulmuşdur. Besətin əvvəlində müşriklər Həzrəti (s) öldürmək istəyirdilər.

Mədinəyə hicrət edəndən sonra isə rəhbərlik həvəsində olan bir çox münafiqlər Peyğəmbərə (s) çox sayda sui-qəsd edirlər. Və nəticədə Həzrəti (s) zəhərləməyə müvəffəq olurlar. Ona görə də Peyğəmbərin (s) ölümünü təbii ölüm adlandırmaq olmaz. Çünki Həzrət (s) nəticədə zəhərin təsirindən şəhid olur.

İmam Sadiq (ə) buyurur: "Elə bir peyğəmbər və vəsi yoxdur ki, şəhid olmasın". Yəni, Allah yolunda qətl edilməsin.

Ona görə də Əhli-Beyt (ə) məktəbinin əqidəsi belədir ki, Həzrət Peyğəmbər (s) Xeybər döyüşündə zəhərlənir və boynunun damarı bu zəhərin təsirindən qət olur və Həzrət (s) nəticədə şəhid olur.

Qurani-Kərim buyurur: "Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Muhəmmədə (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır). Məgər insanlar "İman gətirdik" - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar". ("Ənkəbut" 1-3).

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) bu ayələrlə bağlı buyurur: "Bu, nə imtahandır? Cəbrayil (ə) deyir: "Ey Muhəmməd! Allah Təala sənə salam göndərir və buyurur: "Mən səndən əvvəl elə peyğəmbər göndərməmişəm, məgər o halda ki, həyatının sonunda yerində əyləşəcək canişinini seçməsin, yolunu və əhkamını diriltməsin. Ona görə də doğru danışanlar o kəslərdir ki, Peyğəmbərin (s) əmrini icra edərlər və onlar ki, ona itaətsizlik edərlər - onlar yalançılardır.

Ey Muhəmməd! Həqiqətən, sənin Allaha tərəf getməyin yaxınlaşmışdır. Allah sənə əmr edir ki, özündən sonra Əli ibn Əbutalibi (ə) ümmətin üçün seçəsən və o, sənin canişinindir ki, ümmətini hidayət edəcəkdir. Əgər ümmət onun ardıcılı olsa, sağlam qalacaqdır".