Nəfsi tərbiyə etmək üçün bu 7 amili


Digərləri 13 Noy 2018 23:40:00 314 0

Nəfsi tərbiyə etmək üçün bu 7 amili

Nəfsi tərbiyə etmək insanı kamala çatdırar. Ancaq bu yolda bəzi maneələr vardır ki, onlar aradan qalxmazsa, insanın özünü tərbiyə etməsinə çətinliklər yaradar. Bu amillər hansılardır?

1. Günah. İnsanın özünü tərbiyə etməsinə mane olan amillərdən birincisi - qəlbinin günah sayəsində qaralmasıdır. O zaman ki, qəlb günah sayəsində qaralar, İlahi mələklər ora enə bilməzlər.

2. Dünya məşğuliyyətləri. Dünya nemətləri insanı axirət işlərindən saxlayan amillərdən biridir. Dünya nemətlərinə olan məhəbbət, insanı nəfsini tərbiyə etməkdən saxlayar. Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "İnsan, imanın şirinliyini dadmaz, məgər o zaman ki, yediyinə etinasız olar". Ona görə də Allah yolunun yolçusu gərək dünya nemətlərinə məhəbbəti qəlbindən çıxarda bilsin ki, imanın şirinliyini dada bilsin.

3. Havayi-nəfsin ardınca getmək. Havayi-nəfs qatı tüstü kimidir ki, evin bütün divarlarını qaraldar. Bu evdən nur saçmaz. Nəfsani istəklər aima qəlbi qaraldar və bu ev kimi zülmətli edər. Əmirəl-möminin (ə) buyurur: "Ən şücaətli kəs o kəsdir ki, nəfsi istəklərinə qələbə çalar".

4. Çox yemək. Qarınpərəstlik nəfsin tərbiyəsinə mane olan başqa bir amildir. İnsan səy göstərər ki, gecə və gündüz ləzzətli yeməklər yesin və qarnını cürbəcür yeməklərə doldursun. Belə bir insan necə Allahı ilə xəlvət edib, özünü tərbiyə edə bilər ki?

5. Qeyri-zəruri sözləri demək. Saliki öz yolundan saxlayan amillərdən biri də faydasız və zəruri olmayan sözlər deməkdir. Allah Təala insana danışmaq nemətini ona görə vermişdir ki, ehtiyaclarını onun köməyi ilə ödəyə bilsin. Ancaq əgər yersiz söz danışarsa, bu neməti zay etmiş olar.