"Bu ağrılar ayağıma da vururdu" –


Digərləri 13 Noy 2018 23:41:00 254 0

"Bu ağrılar ayağıma da vururdu" –

Uzun müddətdir ki, belində yaranan ağrılardan şikayətçi olan Xalq artisti Rasim Balayev Türkiyədə müalicə olunur.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Xalq artisti son zamanlar ağrılardan çox əziyyət çəkdiyini deyib: "Belimdə yırtıq var, ağrı verirdi. Bu ağrılar ayağıma da vururdu. Bu səbəbdən rahat gəzə də bilmirdim. Artıq bir neçə gündür ki, Türkiyədəyəm. Müalicə üçün Ankara şəhərinə gəlmişəm".

"Bakıda əməliyyat etmək istəyirdilər. Lakin Türkiyəyə gəldikdə onlar əməliyyata gərək olmadığını dedilər. Müalicə ilə problemi aradan qaldıracaqlarına vəd veriblər. 10 gündən sonra buradakı müalicəmi bitirib Bakıya qayıdacağam" - deyə Rasim Balayev əlavə edib.