Yeni ildə milyonlarla azərbaycanlının gözü ABŞa zillənəcək


Şou-biznes 13 Noy 2018 23:42:00 236 0

Yeni ildə milyonlarla azərbaycanlının gözü ABŞa zillənəcək

Məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruzov "America's Got Talent: The Champions" istedad şousunun iştirakçısı olub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Novruzovun verdiyi məlumata görə, o, artıq "America's Got Talent" layihəsində iştirak edib və finala yüksəlib. Onun sözlərinə görə, bu dəfə mübarizə daha sərt olacaq, çünki məşhur layihənin müxtəlif mövsümlərinin ən yaxşı iştirakçıları yarışacaq.

"Mən çox həyəcanlıyam. Amma sizə "America's Got Talent: The Champions" istedad şousunun iştirakçısı olduğumu xəbər verdiyimə görə şadam. Bilirəm, çətin olacaq, amma hər şey yaxşı olacaq" - Novruzov deyib.