Dəhşətli xəstəliyə düçar olan uşaq son arzusuna qovuşub öldü... FOTO


Digərləri 13 Noy 2018 23:34:00 395 0

Dəhşətli xəstəliyə düçar olan uşaq son arzusuna qovuşub öldü...  FOTO

Noyabrın 9-da Barkett anasını nikah masasına ötürüb, 3 gün sonra ölüb

Ölümcü xəstəlikdən əziyyət çəkən oğlan sonuncu arzusunu həyata keçirib və anasını kilsəyə nikah mərasiminə aparıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, o, toydan 3 gün sonra dünyasını dəyişib.

ABŞ-ın Ohayo ştatında yaşayan 12 yaşlı Keit Barkettə 6 yaşında kəskin yumşaq toxumanın sarkoması xərçəngi diaqnozu qoyulub. Əvvəlcə həkimlər bildirib ki, o iki aydan artıq yaşamayacaq. Çoxsaylı kimyəvi terapiyaya baxmayaraq xəstəliyə qalib gəlmək mümkün olmayıb. Amma uşaq həkimlərin qoyduğu vaxtdan qat-qat çox yaşayıb.

Ömrünün son illərində oğlan hospital işçilərinin evdə göstərdiyi yardımdan yararlansa da, hər zaman anası Teylor Vudardan ona hansı köməyin lazım olduğunu soruşurmuş və sadə tapşırıqları yerinə yetirirmiş. Uşağı xilas edə bilməyəcəyini başa düşən anası onun bütün arzularını yerinə yetirməyə qərar verib. Oktyabrın sonunda onlar Milad Bayramını vaxtından əvvəl qeyd ediblər. Noyabrın 9-da isə Barkett əlil arabasında anasını nikah masasına ötürüb.