Şahin qaçaqmalçısı azərbaycanlı


Dünya 13 Noy 2018 23:36:00 366 0

Şahin qaçaqmalçısı azərbaycanlı

Dağıstan gömrükçüləri Məhərrəmkənd gömrük-keçid məntəqəsində Qızılquşlar fəsiləsindən olan şahin quşlarını gizli yolla Rusiyadan Azərbaycana keçirməyə çalışan avtomobili saxlayıblar.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə RF Federal Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin saytında xəbər yayılıb.

Məlumata görə, 12 noyabr 2018-ci il tarixində Rusiya Federal Gömrük Xidmətinin Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinə adı "Qırmızı kitab"a düşmüş vəhşi quşların aparıldığı barədə operativ informasiya daxil olub.

Federal Gömrük Xidmətinin Dağıstan və Şimali Qafqaz Gömrük İdarələrinin əməliyyat-axtarış bölməsinin əməkdaşları RF Dağıstan Respublikası üzrə FTX-nın sərhəd xidmətinin əməkdaşları ilə birlikdə Dərbənd şəhərində "Volkswagen Sharan" markalı avtomobilə baxış keçiriblər. Nəticədə avtomobilin "kapot"u altından üç ədəd quş tapılıb. Sükan arxasında Azərbaycan vətəndaşı olub.


Xəbərə aid fotolar