Nazirin birinci müavini İlqar Rəhimov işdən çıxarıldı


Digərləri 13 Noy 2018 23:21:00 218 0

Nazirin birinci müavini İlqar Rəhimov işdən çıxarıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, o, eyni vaxtda nazirliyin Aparat rəhbəri vəzifəsini yerinə yetirdiyi üçün həmin vəzifənin müvəqqəti icrası Bəxtiyar Əzizova həvalə edilib. Nazirin birinci müavini vəzifəsi isə boş qalıb. Nazirliyin saytında cəmi dörd nazir müavininin adları və bioqrafiyası yer alır-İdris İsayev, Mətin Kərimli, Anar Əliyev və Vüsal Nəsirli.

İlqar Rəhimov 1964-cü ildə anadan olub. 1985-1991-ci illərdə Maliyyə Nazirliyində, 1991-1993-cü illərdə Azərbaycan prezidentinin İcra Aparatında müxtəlif vəzifələrdə işləyib. 1993-cü ildən günümüzə gədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində rəhbər vəzifələrdə çalışırdı. 1999-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin I müavini vəzifəsini tuturdu. İ.Rəhimov həm də 1999-cu ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidentidir.