Yevlaxda piyadanı maşın vurub


Digərləri 13 Noy 2018 23:17:00 220 0

Yevlaxda piyadanı maşın vurub

Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, minik avtomobili 1954-cü il təvəllüdlü Sarıyev Valeh Ədil oğlunu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şabranda piyadanı maşın vuraraq öldürüb.