"Brent" neftinin qiyməti 66 dollardan


Digərləri 13 Noy 2018 23:18:00 228 0

"Brent" neftinin qiyməti 66 dollardan

"Brent" markalı Şimal dəniz neftinin 2019-cu ilin yanvar ayı üçün olan fyuçersinin dəyəri 5,89 faiz aşağı düşərək bir barel üçün 65,99 dollar təşkil edib.

Son.az "Report"a istinadən bildirir ki, bu qiymət Londonun ICE birjasında keçirilən hərraclar zamanı məlum olub.

Bu növ neftin qiyməti sonuncu dəfə cari ilin mart ayının 19-da bir barelə görə 66 dollar səviyyəsindən aşağı olub.