Trumpın Fransa səfəri mübahisələrlə yadda qaldı


Digərləri 13 Noy 2018 22:25:00 207 0

Trumpın Fransa səfəri mübahisələrlə yadda qaldı

Prezident Donald Trump bazar günü Parisin qərbində yerləşən, 1-ci Dünya Müharibəsində dünyasınını dəyişən Amerika ordusunun əsgərlərinin dəfn olunduğu məzarlığı ziyarət edib.

"Bu mərəmər xaçların hər biri və Davidin ulduzları Amerika əsgərlərinin həyatını, onların necə böyük bir döyüşçü olduqlarını - ailə, ölkə Tanrı və azadlıq üçün canlarından keçdiklərini simvolizə edir. Yağış, qar, dolu, mərmi, zəhərli qaz, minaatanlar onların zəfərərə getməsin mane ola bilmədi." - deyə, Donald Tramp qeyd edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Trump Şənbə günü əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınan digər Amerika məzarlığına olan səfəri barədə aldığı tənqidlər barədə fikrini davam etdirir.

Bazar günü səhər erkən saatlarda Fransa Presizdenti Emmanuel Makronın rəhbərliyi ilə müharibədə həyatını itirən milyonlarla insanalara hörmət əlaməti olaraq Parisdə yerləşən Zəfər Tağına fəxri yürüş təşkil edilib.

"Böyük Vətən Müharibəsi xalqlar arasında qəzəbin olmaması, keçimişində unudulmaması kimi bir dərs verib bizə. Gələcəyə fokslanmaq və nəyin vacib oluğunu düşünmək bizim köklü öhdəliyimizdir." - deyə, Fransa prezidenti bildirib.

Makronun "Çin, Rusiya və hətta Amerika Birləşmiş Ştatlarına qarşı"müdafiə olunmaq üçün Avropanın öz ordusuna ehtiyac olduğunu bildirən açıqlamasından sonra Trump-ın Makronla olan həftə sonu görüşü əvvəlki görüşlərə nəzərən daha soyuq notlarla yadda qaldı. Trump bunu təhqir hesab edərkən Putin soyuqqanlığını qoruyub.

"Düşünürəmki bu prosses dünyanın çox qütblü güclənməsi baxımından çox müsbət bir haldır. Bu baxımdan Fransa ilə bizim mövqeyimiz üst-üstə düşür." - deyə, cənab Putin jurnalistlərə müsahibəsində bildirib.