Şimali Koreyanın bəyan edilməmiş və çalışan raket bazaları var
Digərləri 13 Noy 2018 22:05:00 271 0
ABŞ-da yerləşən düşüncə mərkəzi bazar ertəsi Şimali Koreyanın bəyan edilməmiş 20 raket bazasından ən azı 13-ünün yerini müəyyən etdiyini bildirib. Bununla da qeyri-hökumət təşkilatı amerikalı vasitəçilərin Pxenyanı nüvə silahlardan və uzaq mənzilli raketlərində vaz keçməyə inandırmaqda qarşılaşacaqları çətinlikləri vurğulayıb.
Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, qərargahı Vaşintonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) tədqiqatçısı Jozef Bermudes deyib ki, danışıqların davam etməsinə baxmayaraq, müəyyən edilən bazaların bəzilərində hətta təmir və kiçik insfrastruktur əlavələri də müşahidə edilib.
Şimali Koreya lideri Kim Conq Un və ABŞ prezidenti Donald Tramp iyun ayında Sinqapurda keçirilən zirvə toplantısından sonra nüvəsizləşdirmə məsələsində birlikdə çalışmağa söz veriblər. Buna baxmayaraq, həmin sammitdə tərəflər arasında imzalanan sənəddə bunun necə baş verəcəyi ilə bağlı dəqiq heç bir razılıq qeyd edilməyib və o zamandan bəri danışıqlarda demək olar ki, heç bir irəliləyiş olmayıb.
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un Sinqapurda keçirilən zirvə toplantısı zamanı Sammitdən dərhal sonra Tramp Twitter vasitəsilə Şimali Koreyanın artıq nüvə hədəsi olmadığını qeyd etmişdi.
Şimali Koreya Punggyee nüvə sınağı sahəsini və Sohae raket mühərriklərinin sınaq sahəsini qapadıldığını bildirib. Pxenyan həmçinin Vaşinqtonun "cavab addımları" atacağı halda daha çox sahənin qapadılmasının və beynəlxalq inspektorların sahələrə gəlməsinə şərait yaradılmasının mümkün olduğunu deyib.