Evi çirklənmədən necə qoruyaq?


Digərləri 13 Noy 2018 21:35:00 289 0

Evi çirklənmədən necə qoruyaq?

Evdəki çirklənmə adətən çöldəkindən iki-beş dəfə daha çoxdur, ABŞ Ətraf Mühitin Qorunması Agentliyi belə deyir. Xoşbəxtlikdən vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən üsullar var. Sizə əsas beş yolu təqdim edirik.

Dünyanın hər tərəfində çirkli hava hər il yeddi milyon nəfərin ölməsinə səbəb olur. Görünür ki, bundan qaçış yolu yoxdur.

Adicə nəfəs almaqla on nəfərdən doqquzu ürəktutması, tənəffüs yolu infeksiyaları və ağ ciyər xərçəngi kimi risklərlə qarşılaşır.

Bu mikroskopik çirkləndiricilər hər yerdədir, xüsusilə də evdə və bizə ziyan vurmağa davam edir.

ABŞ Ətraf-Mühit Qorunması Agentliyinin apardığı araşdırmaya əsasən, evdəki çirklənmə adətən çöldəkindən iki-beş dəfə daha çoxdur.

"Ev və ya istənilən qapalı məkandakı hava, çöldəki havanın çirkindən əlavə, yemək bişirərkən ayrılan tüstü, təmizlik məhsulları və inşaat materiallarının tozları ilə doludur," dünya üzrə tikililərə filtr texnologiyası quraşdıran Airlabs adlı şirkətin baş elmi işçisi Matthew S Johnson deyir.

Xoşbəxtlikdən vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən üsullar var.

Sizə əsas beş yolu təqdim edirik

1. Ventilyasiyanı yaxşılaşdırın

Pis havalandırma çirkəndiricilərin havada qalmasını təmin edir.

Hindistanın Enerji və Resursları İnstitutundan (TERI) R Suresh deyir ki, ventilyasiya əsnasında içəri təmiz hava daxil olur.

"Allergiya və ya kəskin hava şəraitindən əziyyət çəkmirsinizsə, hər gün ən az iki-üç dəqiqə pəncərə və qapılarınızı açın."

Əks halda filtrli kondisioner sistemi vasitəsilə içərini havalandıra bilərsiniz.

Yemək bişirən və vanna qəbul edən əsnada aspiratorunuz varsa, mütləq işə salın.

Ev bitkisinin bahalı olması mütləq deyil. Bir budağı dostlarınızdan götürüb əkə bilərsiniz

2. Evinizi ev bitkiləri ilə doldurun

Bahalı hava filtrlərinə gücünüz çatmır? Əvəzində çoxlu ev bitkisi alın.

Bəzi bitkilər havadan toksinləri hopmaq gücünə qadirdir və "evdəki çirklənməyə qarşı qənaətli və ümidverici çarədir", R Suresh deyir.

Bəzi skeptiklər isə deyirlər ki, bu nəzəriyyəni dəstəkləyən araşdırma yoxdur. Ən azından bitkilər gözlərinizi oxşaya bilər.

Ev bitkilərindən başı çıxmayanlar üçün qısa bir siyahı təqdim edirik:

• Areca Palması: Bu evdə ən rahat böyüyən palma ağaclarından biridir. Nasa-nın Təmiz Hava Araşdırmasında yüksək qiymətləndirilib.

Əsas faydası: CO2-ni udur

• Şeytan sarmaşığı/Pul bitkisi: Bu ev sarmaşığını böyüdüb, saxlamaq asandır.

Əsas faydası: Sintetik boya və ya xalçalardan havaya qalxan Uçucu Üzvi Birləşmələri (UÜB) təmizləməyə kömək edir.

• Dragon ağacı (palma növü): Şərqi Afrikadan gələn bu ev bitkisi, adətən evlər və ofisləri bəzəmək üçün istifadə olunur.

Əsas faydası: Benzol, formaldehid, toluol və ksilol kimi zəhərli UÜB-ləri azaltmaq üçün yaxşı vasitədir.