Başqasına bəddua etmək günahdırmı?


Digərləri 13 Noy 2018 21:15:00 294 0

Başqasına bəddua etmək günahdırmı?

İslam dini əxlaq üzərində çox vurğu edən dindir. Müsəlman əxlaqının bəyənilən xüsusiyyətlərindən biri isə bağışlamaq və əfv etməkdir. Ən böyük bağışlayan Allahdır. Müqəddəslərimiz, onlara edilən zülmlərə görə əksər hallarda bəd-dua etməz, qarğış söyləməz, qarşı tərəfi bağışlayardılar. Nəticədə, bəzi hallarda qarşı tərəf bu alicənablığı görüb peşman olar və tövbə edərdi.

Son.az islam.az-a istinadən bildirir ki, müqəddəslərimiz bir qayda olaraq onların şəxsiyyətinə qarşı edilən zülm və təhqirləri bağışlayar və buna görə bəd-dua etməzdilər. Amma digər müsəlmanların haqqını qəsb edən, ictimai asayişi pozan zalımlara və cinayətkarlara qarşı düşmən mövqedə durar, onlara qarğış edərdilər və bu qarğış mütləq həyata keçərdi.