21 yaşlı milyoner FOTO


Digərləri 13 Noy 2018 21:05:00 280 0

21 yaşlı milyoner  FOTO

2008-ci ildə iqtisadi böhran dərinləşəndə Maykl Saymanın 13 yaşı var idi. Onun valideynləri kiçik restoran işlədirdilər. Kütləvi yoxsullaşma müştərilərin sayını xeyli azaltmışdı. Biznesin borcu xərcini ödəmirdi.

Balaca Maykl Google-da video dərslərə baxaraq kompüter kodlaşmasını öyrənməyə başladı. Kodlaşdırdığı proqramları internetdə satmaqla gündəlik $100-200 qazanan Maykl ailəsinə yardım göstərirdi. Çox keçməmiş, Maykl ailənin bütün dolanışığının yükünü öz çiyinlərinə götürdü.

Ailəm o qədər pulsuzluqla üzləşirdi ki, bəzən işığın pulunu necə ödəyəcəyimizi bilmirdik. Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu gün Maykl Sayman milyonerdir. Google şirkətində məhsul meneceri vəzifəsinədək yüksəlmiş Maykl Silikon Vadisində gənc yaşlarda özünə uğurlu karyera quraraq ağlın, bacarığın yaşda deyil, başda olduğunu əməli qaydada sübuta yetirib.

Apple Applikasiya Mağazasında ən yüksək satış rəqəmlərini əldə edən "4 Snaps" adlı müftə oyun applikasiyası icad etdikdən az sonra Facebook şirkətinin banisi Mark Zukerberq Mayklla əlaqə saxladı. 17 yaşında Maykl Facebook şirkətində işləməyə başladı. Bir neçə il burada uğurla işlədikdən sonra 2017-ci ildə o, Google şirkətinə keçdi.

"Məni ən çox narahat edən odur ki, məni 'vunderkind' adlandıranlar elə bir təsəvvür yaradırlar ki, guya mən əlahiddə bir istedadla doğulmuşam. Halbuki mən internetin bəxş etdiyi imkanlardan istifadə etmişəm və vaxt keçdikcə öyrənmişəm," Maykl Sayman deyir.

Onun sözlərinə görə, uğurunun bünövrəsində istedad yox, səy və bir az da bəxt dayanır.

Mayklın valideynləri 2008-ci ildə başlanan iqtisadi böhran nəticəsində ciddi dolanışıq problemi ilə üzləşmişdilər. Mayklı həvəsləndirən başlıca amillərdən bir məhz ailəsinin maliyyə durumu olub.

"Ailəm o qədər pulsuzluqla üzləşirdi ki, bəzən işığın pulunu necə ödəyəcəyimizi bilmirdik. Buradan gəlir götürməyə bir ehtiyac yaranmışdı. Nəsə böyük bir şey etməli idim," deyə Maykl uşaqlıq dövründə üzləşdiyi çətinliklərin onu erkən böyüməyə vadar etdiyini vurğulayır.

Bəlkə də elə bu səbəbdəndir ki, Maykl risklərə ehtiyatla yanaşır. Facebook-dan Google-a atılmaq onun üçün asan qərar deyildi.

Mayklın qabiliyyəti Facebook şirkətinin banisi Mark Zuckerbergin diqqətini cəlb etdi.


Xəbərə aid fotolar