Xalq artisti gözyaşlarına boğuldu: "Həyat yoldaşımı öldürdülər, onu məhv etdilər" FOTO


Kriminal 13 Noy 2018 21:05:00 290 0

Xalq artisti gözyaşlarına boğuldu: "Həyat yoldaşımı öldürdülər, onu məhv etdilər"  FOTO

Xalq artisti Fatma Mahmudovanın Son.az-a müsahibəsi.

- Fatma xanım, bu günlərdə yıxılaraq ayağınızı sındırmışdınız. Hal-hazırda necəsiniz?

- Şükür Allaha yaxşıyam. Bir müddət ayağım gibsdə qaldı, indi yavaş-yavaş özümə gəlirəm. Hətta verilişlərə də əlimdə əsa qatılırdım.

- Mən bilirəm ki, siz həyatda bir sıra çətinliklərlə üzləşsəniz də bundan çıxış yolu tapmısınız...

- Bəli, bir dəfə də ağır qəzaya düşmüşdüm, hər insan o qəzadan salamat çıxmır. Şükür Allaha.

- Komik rollarda üzünüzdə gülüş olsa da gözlərinizdə həmişə kədər olub. Bu nə ilə əlaqədardır?

- Həyatda çox çətinliklərim olub. Yəqin ki, gözlərimdəki kədər çətin günlərimin nişanəsidir. Onu da deyim ki, mən teatrda əvvəllər komik yox, dramatik və faciəvi rollar oynamışam. Sadəcə olaraq özümü komik rollarda da sınamaq istədim. Buna görə də Musiqili Teatra pənah gətirdim. Hal-hazırda dəvət etsələr faciəvi rolu komik roldan da gözəl oynayaram.

- Sizin zamanınızda aktrisa olmaq çox çətin idi. Heç ailənizin qadağaları ilə üzləşmisiniz?

- Bəli, o qədər mənə qarşı çıxıblar ki. Mən uşağlıqdan bu sənətdəyəm. Kənddə orta məktəbdə oxuyanda müəllimlərim sinif yoldaşlarıma deyirdi ki, Fatma ilə danışmayın, o artistdir, səhnəyə çıxır. Ailəm də qoymurdu məni aktrisa olmağa, qorxa-qorxa gedirdim. Anam o qədər dağ basıb ki, əlimə.

- Müsahibələrinizdən birində demişdiniz ki, həm də müğənni olmaq istəmisiz...

- Bəli, bu mənim uşağlıq arzum idi. Hətta 15 yaşım olanda xalq teatrında Leyli obrazını oynamışdım. Oradakı muğamları da asanlıqla ifa etmişdim.

- Həyat yoldaşınız tanınmış aktyor Tofiq Qarayev olub. Onunla necə tanış olmuşdunuz?


Xəbərə aid fotolar