Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar verilib (FOTO)


Digərləri 13 Noy 2018 20:54:00 186 0

Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar verilib (FOTO)

Bu gün özünüməşğulluq proqramı çərçivəsində daha 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Bakı. Bu gün özünüməşğulluq proqramı çərçivəsində daha 50-dən çox ailəyə mal-materiallar verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası işlərinin davamı olaraq, nazirlik tərəfindən bu gün özünüməşğulluq proqramı çərçivəsində Şamaxı, İsmayıllı, Ağsu, Tovuz, Göygöl və digər bir sıra rayonlarda 50-dən işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) təqdim olunub. Onlardan böyük əksəriyyəti biznes-planlarına uyğun olaraq heyvandarlıq üzrə təsərrüfatlarını qurmaq üçün iri və xırda buynuzlu mal-qara ilə təmin ediliblər.