Ölkəyə 61 ədəd əcaib telefon keçirmək istədilər


Digərləri 13 Noy 2018 20:40:00 245 0

Ölkəyə 61 ədəd əcaib telefon keçirmək istədilər

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşına məxsus "VAZ 211440" markalı avtomobil saxlanılıb.

Son.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda - sağ ön oturacağın ayaqaltında düzəldilmiş xüsusi saxlanc yerində 20 ədəd üzərində "X-inova", 17 ədəd "Kgtel" və 24 ədəd üzərində "Fuua" yazılmış mobil telefonlar aşkarlanıb.