CNN Trampı məhkəməyə verdi


Dünya 13 Noy 2018 20:34:00 258 0

CNN Trampı məhkəməyə verdi

CNN telekanalı ABŞ prezidenti Donald Trampı jurnalist Cim Akostanın Ağ Evə girişini qadağan etdiyi üçün məhkəməyə verib.

Son.az Qafqazinfo-ya istinadən bildirir ki, bu barədə telekanalın açıqlamasında deyilir.

Qeyd olunur ki, prezidentlə birlikdə onun bəzi köməkçilərinə qarşı da dava açılıb. 

"Siz çox kobud, yaramaz insansınız" - Tramp hirsləndi - VİDEO - FOTO Xatırladaq ki, daha əvvəl Son.az xəbər vermişdi ki, noyabrın 7-də Ağ Evdə D.Trampın iştirakı ilə keçirilən mətbuat konfransında CNN müxbiri Cim Akosta prezidentə ABŞ-a sığınan mühacirlər və Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı aparılan araşdırma haqqında sual ünvanlamış və sərt cavabla üzləşmişdi.