Alim “cin var, bədənə də girir” dedi


Digərləri 13 Noy 2018 20:04:00 279 0

Alim “cin var, bədənə də girir” dedi

Şabranda 24 yaşlı gəncin 6 nəfər tərəfindən cin çıxarma adı ilə çubuqla döyülərək öldürülməsi hadisəsi illərdir müzakirə mövzusuna çevrilən insan bədəninə cinin girməsi və cin çıxarılmasını yenidən aktuallaşdırıb. İlahiyyatçılar islamda belə bir anlayışın olmasını inkar edir. Ancaq cin çıxaranların bu işi Qurani-Kərimlə həyata keçirmələri bəzi suallar yaradır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, hətta iki il öncə, 2016-cı ildə İstanbul şəhərində "Cinçıxarma klinikası" adlandırılan "Mənəvi Şifa Mərkəzi" fəaliyyətə başladı. Sözügedən klinikada islami müalicə üsulları ilə, Qurani-Kərim oxunaraq cadu pozulur və cin çıxardılır. Azərbaycanda da insan bədəninə cinin girməsinə, cinçıxarılmasına inananlar az olmadığı üçün həmin klinikanın hətta Azərbaycanda açılması belə təklif edildi.

Cinlə insanın fərqi nədir?

Cin islamda azad iradəli odlu məxluq, xristianlıqda isə murdar ruh adlandırılır. Cin də digər məxluqlar kimi, Allahın məxluqudur. İlahiyyatçılar hesab edir ki, cinin yaradılış tarixi insanın yaradılış tarixindən çox-çox əvvəldir.

İlahiyyatçıara görə, cinlə insanın ümdə fərqi budur ki, insanın yaradılışında torpaq olduğu üçün digər maddi maneələri keçə bilmir. Amma cin belə maneələri rahatlıqla keçə bilir. Çünki onun yaradılışı torpaq deyil, atəşdir.

Cinlərin mənfi təsirindən uzaq qalmaq üçün...

Cinlər haqqında olan mənbələrə əsasən, insanlar bəzi tilsimlərdən və fövqəltəbii qüvvələrdən istifadə edərək, cinləri özlərinə təslim edə bilərlər. Amma bu işi görmək günahdır. Tilsimin dərəcəsindən asılı olaraq, cinin insana tabe olmaq dərəcəsi də fərqlənir. Bəzən bəşər dünyasına icazəsiz daxil olmuş kafir və günahkar cinlər insana ziyan yetirirlər. Buna xalq dilində "cin vurmaq" deyilir. Bəzi ilahiyyatçılar hesab edir ki, cinlərin mənfi təsirindən amanda qalmaq üçün ən yaxşı yol Allah-Təalanın qüdrətinə sığınmaq, tez-tez Quran oxumaq, ibadət etmək, vücud baxımından təmiz olmaq (qüsl), dua etməkdir. Kafir cinlər "Bismillah" sözündən qorxurlar; yəni bu müqəddəs söz onların mənfi təsirini puça çıxarır və insana ziyan yetirmək yolunu bağlayır.

Peyğəmbərlər də cin çıxarıb?

Rəvayətə görə, bir dəfə Rəsulullahın yanına bir nəfər gəlir və "Ya Rəsulullah, mənim qardaşım narahatdır" deyir. Peyğəmbər "Narahatlığı nədəndir?" deyə soruşur. O da, "Cinlənib" deyə cavab verir. Peyğəmbərimiz "Onu mənim yanıma gətir" deyir.

Həmin şəxs gedib qardaşını gətirir və peyğəmbərin əlləri arasına oturdur. Sonra peyğəmbər "Fatihə" surəsi, "Bəqərə" surəsinin ilk 4 ayəsi, "Bəqərə" surəsinin 163-164-cü ayələri, Ayətul-Kursi (Bəqərə, 255), "Bəqərə" surəsinin son 3 ayəsi, "Ali İmran" surəsinin 18-ci ayəsi, "Əraf" surəsinin 54-cü ayəsi, "Saffət" surəsinin ilk 10 ayəsi, "Həşr" surəsinin son 3 ayəsi, "Cin" surəsinin ilk 3 ayəsi, "İxlas", "Fələq" və "Nəs" surələrini oxumağa başlayır. Həmin adam bir az sonra yaxşılaşır.

Bir çoxları hətta bu rəvayəti əsas gətirərək peyğəmbərin də cin çıxardığını vurğulayır. İlahiyyatçılar isə bunu inkar edirlər.

Tənqidçi Əsəd Cahangirin fikrincə isə cin çıxarmağın ilk nümunəsini İsa peyğəmbər göstərib: