Müğənni efirə zəng vurdu, həmkarını sərt tənqid etdi


Digərləri 13 Noy 2018 20:08:00 234 0

Müğənni efirə zəng vurdu, həmkarını sərt tənqid etdi

"Beyaz TV"də yayımlanan "Söylemezsem olmaz" proqramına telefonla zəng edən Yeşim Salkım Gülbən Ərgəni tənqid edib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən təcavüzə uğradığını dilə gətirən və Siber Suçlara şikayət etdiyini deyən Salkımın sözləri səs-küy yaradıb. 

Gülbənin onu "amazon döyüşçüsü"nə bənzətməsinə əsəbi cavab verən Salkım "Gülbən özünə amazon taxıb. Hər şeyi açıq-aşkar deyirəm. Verilişdə ona sual verilməsini özü qoşur. Mahnısı maraq doğurmayanda qalmaqala əl atır" sözlərini deyib.