Qazaxda balıq tutarkən cərəyan vurması nəticəsində öldülər, cinayət işi açıldı


Digərləri 13 Noy 2018 20:01:10 272 0

Qazaxda balıq tutarkən cərəyan vurması nəticəsində öldülər, cinayət işi açıldı

Qazax rayonunda iki nəfər balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bakı. Samir Əli - Qazax rayonunda iki nəfər balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Qazax rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Qazax rayonu, Abbasbəyli kənd sakinləri Elmar Fərman oğlu Abdullayev və İlkin Əli oğlu Vəliyev "Coğazçay" su anbarından ayrılan sutullayıcı hidrotexniki qurğunun enerjini ayıran hissəsində yanacaqla işləyən generator vasitəsilə balıq tutan zaman onları elektrik cərəyanı vuraraq öldürüb.