Bütün dünya bu uşaqdan danışır 5 yaşlı çeçen dayanmadan 4105 dəfə jim vurdu


Digərləri 13 Noy 2018 19:44:00 345 0

Bütün dünya bu uşaqdan danışır  5 yaşlı çeçen dayanmadan 4105 dəfə jim vurdu

Çeçenistanda yaşayan 5 yaşlı Rəhim Kurayev 2 saat 45 dəqiqə fasilə vermədən 4 min 105 dəfə jim vurub.

Son.az ölkə.az-a istindən bildirir ki, amma onun rekordu rəsmi nəzarətçi olmadığı üçün qeydə alınmayıb.

Rəhim atası tərəfindən yetişdirilən idmançıdır. Körpə idmançı bir neçə gün əvvəl atası ilə rekorda imza atıb. Rəhimin atası kamera və tablo hazırlayıb və 5 yaşlı idmançı rekorda imza atmaq üçün hərəkətə keçib. Rəhim 2 saat 45 dəqiqə ərzində dayanmadan 4105 dəfə jim vurub. Atası isə bunu kamera ilə qeydə alıb.

Ata Kurayev rekordun rəsmiləşməsi üçün Rusiya İdman və Mədəniyyət nazirliyinə müraciət edib. Amma uşağın rekordu qeydə alınmayıb. Nazirlik rəsmiləri rekord sınağından əvvəl rəsmi müraciət edilmədiyi üçün və baş verənlərin nazirlik əməkdaşları tərəfindən canlı olaraq izlənmədiyi üçün belə bir cavab veriblər.