Dələduzun məhkəməsi başladı


Digərləri 13 Noy 2018 19:40:00 240 0

Dələduzun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərid Cəfərxanlı və Könül Kərimovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən F.Cəfərxanlının barəsində həbs qətimkan tədbirinin seçilmədiyi məlum olub.

K.Kərimova isə hazırda həbsdədir.

Məhkəmədə elan olunub ki, F.Cəfərxanlının vəkili məhkəməyə gəlməyib.

Prosesin hazırlıq iclası noyabrın 19-da davam etdiriləcək.