İrana böyük zərbə:


Dünya 13 Noy 2018 19:24:00 238 0

İrana böyük zərbə:

SVİFT-dən (SWIFT) uzaqlaşdırılma qərarı İranı dünya bank sistemindən kənarda qoyacaq.

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, sözügedən qərar İran banklarının xaricə pul köçürməsini və xaricdən pul almasını kifayət qədər çətinləşdirəcək, hətta bəzi hallarda mümkünsüz hala gətirəcək:

"Ancaq İranın digər sistemlər üzərindən regional ölkələrlə bank köçürmələri ilə bağlı müəyyən şans və imkanları var. İran bu istiqamətdə Türkiyə və Rusiya ilə danışıqlar aparırdı. Çox güman ki, Tehran bu məsələdə irəliləyiş əldə edəcək. İranın əsasən də Rusiya ilə müxtəlif platformalarda Qərbə qarşı mövqeləri üst-üstə düşdüyündən tərəflər bir-birinə yardım etməyə çalışacaqlar. Ancaq İranın SVİFT-dən uzaqlaşdırılması bu ölkənin iqtisadiyyatına çox ciddi zərbə vuracaq və İranda dolların növbəti bahalaşma dalğasına səbəb olacaq. Bank köçürmələrindən məhrum olan İranın bütün ticari əlaqələrini nağd şəkildə aparması ölkədə dollara tələbi daha da artıracaq. Bu isə rialın kəskin dəyərdən düşməsinə, inflyasiyanın sürətlənməsinə, qiymət artımına və əhalinin rifahının daha da pisləşməsinə gətirib çıxaracaq".

İqtisadçı ekspert Rəşad Həsənov sözügedən qərarın İran Mərkəzi Bankı və ölkənin digər aidiyyəti qurumları üçün gözlənilməz olmadığını deyib: