Sabah paytaxt və Abşeronun bu hissələrində qaz olmayacaq


Digərləri 13 Noy 2018 19:19:00 226 0

Sabah paytaxt və Abşeronun bu hissələrində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

Bakı. “Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq. “Azəriqaz”dan Trend-ə verilən məlumata görə, diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 27-ci km-də aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədar, 14 noyabr saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Sulutəpə”, “Alatava”, “Xocasən” Qaz Paylayıcı Stansiyalarından, “Laçın qaçqınları” və “Elit Yatırım” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq. Zəruri təmir işləri ilə əlaqədar, Abşeron rayonu, Xırdalan şəhərinin bir hissəsi, Sulutəpə, Hökməli, Atyalı,Qobu, Güzdək, Aşağı Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyinin, Nəsimi rayonu Tibilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin, Matadrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.