"Rəhbərinizə deyin, adamlar işlərini bitirdi". Xaşoginin qətli ilə bağlı yeni


Dünya 13 Noy 2018 19:04:00 237 0

"Rəhbərinizə deyin, adamlar işlərini bitirdi". Xaşoginin qətli ilə bağlı yeni

Səudiyyəli jurnalist Camal Xaşogini qətlə yetirmək üçün Türkiyəyə gələn 15 nəfərlik dəstə üzvlərindən biri Mahir Əbdüləziz Mutrebin cinayətdən sonra telefon danışığı ortaya çıxıb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, "The New York Times"da yer alan məqalədə cinayətin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sifarişi ilə törədildiyinə işarə edilib.

Məqalədə qeyd olunub ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanı mühüm xarici səfərlərdə müşaiyət edən Mutreb, cinayətdən qısa zaman sonra ərəbcə telefon danışığında ad çəkmədən deyib: "Rəhbərinizə deyin, adamlar işlərini bitirdi".

Qəzetin iddiasına görə, Türkiyə kəşfiyyatçıları amerikalı həmkarlarına telefon danışığında adı hallanan "rəhbər"in vəliəhd şahzadə, Mutrebin telefonla danışdığı şəxsin isə Salmanın köməkçilərindən biri olduğu deyiblər.