"YouTube"da rekord qıran azərbaycanlı müğənni Türkiyəyə gedib


Şou-biznes 13 Noy 2018 18:59:00 309 0

"YouTube"da rekord qıran azərbaycanlı müğənni Türkiyəyə gedib

Özünəməxsus ifası ilə milyonların sevimlisinə çevrilən, səsləndirdiyi mahnılar "YouTube"da baxış rekordu qıran gənc azərbaycanlı ifaçı Nahidə Babaşlı hazırda Türkiyədə səfərdədir. İfaçı noyabrın 28-də İstanbulda konsert verəcək. Səfər çərçivəsində Nahidə Babaşlı "TRT müzik" kanalının "Genc sahne" proqramında qonaq olub, canlı musiqilər ifadə edib.   Son.az bildirir ki, Nahidə Babaşlı Türkiyə səfəri ilə bağlı yeniavaz-ın suallarını cavablandırıb.

- Türkiyə səfəriniz nə ilə bağlıdır, təklif kimdən gəlib?

- Türkiyədə çalışdığım şirkət tərəfindən təklif aldım və dəyərləndirmək qərarına gəldim.

- Nahidə Babaşlının Türkiyədə də sevənləri çoxdur. Qardaş ölkədə necə qarşılandınız?

- Həqiqətən, Azərbaycanla yanaşı, Türkiyədə də sevildiyimi gördüm. Burada mənə qarşı hər kəsin rəftarı xoşagəlimlidir.

- Səfər çərçivəsində hansısa yeniliklər gözlənilirmi, təkliflər olurmu?

- Albom, klip və sairə ilə bağlı təkliflər var. Yeniliklər düşünürük, təkliflər çoxdur, danışıqlar gedir.

-Türkiyənin tanınmış musiqiçiləri ilə görüşünüz nəzərdə tutulurmu?

- Bəli, bəzi sürprizlər olacaq. Dəqiqləşdirmədən bəzi məlumatları açıqlamağım doğru olmazdı, yəqin ki, səfər başa çatandan sonra bu barədə ətraflı açıqlamam olacaq.

- Bu, sizin Türkiyəyə ilk səfərinizdirmi, təəssüratlarınız necədir?