Bakıda 11 qadını fahişəliyə cəlb edən kişi barəsində...


Digərləri 13 Noy 2018 18:39:00 231 0

Bakıda 11 qadını fahişəliyə cəlb edən kişi barəsində...

Bakıda 11 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanılıb.

Son.az Report-a istinadən xəbər verir ki, həmin qadınlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək Pərviz Məmmədov adlı şəxsin onları fahişəliyə cəlb etdiyini deyiblər.

Daha sonra P.Məmmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.